Osmanische Imperium und Aserbaidschan
Autoren
Mehr zum Buch
XII əsrin ortalarından Kiçik Asiya ərazisində yaranmağa başlayan, illər ötdükcə siyasi qüdrət və coğrafi ərazi cəhətcə qüvvətlənən və genişlənən, XV əsrin II yarısından XVII əsrin II yarısına qədər isə Asiya və Avropanın mühüm strateji əhəmiyyətli bir çox yerlərini ələ keçirən Osmanlı dövləti əzəmətli bir imperiya kimi mövcud olmuşdur. Göstərilən yüzilliklərdə, xüsusilə XV-XVI əsrlərdə Azərbaycan dəfələrlə Osmanlı dövləti tərəfindən müxtəlif hücumlara hədəf olmuş, gərgin siyasi toqquşmaların qanlı meydanına çevrilmiş, böyük itkilərə məruz qalmışdır. Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, Azərbaycanın Türkiyə ilə qarşılıqlı münasibətləri həmin əsrlərin müxtəlif dövrlərində ölkəmizin ərazisində mövcud olmuş Qaraqoyunlu, Ağqoyunlu, Şirvan və Səfəvi dövlətlərinin Osmanlı imperiyası ilə siyasi münasibətlərindən asılı olaraq müxtəlif xarakter daşımışdır. Bu kitabı yazmaqda məqsəd - Azərbaycan və Türkiyə feodal dövlətlərinin hərbi-siyasi, ictimai, iqtisadi və mədəni məsələlərinə toxunaraq, məhz həmin münasibətlərin məzmun və mahiyyətini aydınlaşdırmaq, bu dövlətlər arasındakı əlaqələrin inkişafını göstərməkdir. Oxuculara təqdim edilən bu kitab fars, türk, italyan, rus, ingilis, alman, fransız dillərində mövcud olan bir sıra ilkin mənbə və tədqiqat əsərlərinin imkan daxilində öyrənilməsi və müqayisəsi, həmçinin Azərbaycan tarixinindəki ən mühüm hadisələrin xronoloji xülasəsi əsasında yazılmışdır.